Suriyada 14 terrorçu öldürüldü, 110 hədəf məhv edildi

  • Müəllif: admin
  • 22 Fevral 2017 10:56

suriya

Fevralın 22-si Suriyanın şimal ərazilərinin terroristlərdən təmizlənməsi məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin (TSK) liderliyində həyata keçirilən əməliyyat çərçivəsində, İŞİD Terror Təşkilatına aid 110 hədəf məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “Fırat Qalxanı” hərəkatı çərçivəsində Türk Hərbi Birləşmələri Əl-Baba və Bzagah bölgələrində 14 İŞİD silahlısını zərərsizləşdirib.

Qeyd edədk ki, Türkiyə ordusu Suriya ərazisində hərbi əməliyyatları davam etdirir. “Fırat Qalxanı” adı verilən əməliyyat avqustun 24-də saat 4-də başlayıb. Bu günə kimi əməliyyat zamanı çoxlu sayda İŞİD terrorçusu məhv edilib.

Anar
Gununsesi.info