Suriyada 3 türk əsgəri yaralanıb

  • Müəllif: admin
  • 04 Noyabr 2016 21:50

suriya1

 

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

Gununsesi.info