Ağ Ev İŞİD terrorçularının Suriyada işğal olunan bütün ərazilərdən təmizləndiyini açıqlayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sarah Sanders məlumat verib.
O, İŞİD-ə qarşı əməliyyatların artıq son mərhələdə olduğunu bildirib.
Xatırladaq ki, fevralın 28-də Donald Tramp Suriyada işğal olunmuş bütün ərazilərin İŞİD-dən geri alındığını açıqlamışdı.