Suriyada qiyamət kimi zəlzələ – 1000 nəfər can verdi

  • By admin
  • 07 Fevral 2023 17:40

Suriyada dəhşətli zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi zamanı çoxsaylı insan tələfatı olub.

İlkin məlumatlara görə, 968 nəfərin öldüyü bildirilsə də, hazırda onlrıan sayının 1000-ə yaxın olduğu yazılır.

Episentri Türkiyənin Qəhrəmanmaraş şəhəri olan zəlzələ zamanı Suriyada 2500-ə yaxın insan yaralanıb.

Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Lazkiyə, Raqqa, Tartus şəhərlərində şiffətli olub.

Suriyanın “SƏNA” dövlət agentliyi fəlakətdən sonra dövlət səviyyəsində xilasetmə və yardım işlərinin başladıldığını açıqlayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info