“Suriyada Rusiya ilə birgə müşahidə məntəqələri yaradıla bilər” - HULUSİ AKAR

  • By admin
  • 23 Noyabr 2019 20:53

“Türkiyə ilə Rusiyanın Suriyanın şimalında birgə patrul xidməti qarşıdakı günlərdə daha səmərəli olacaq”.

Gununsesi.org xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar bildirib.

O, terrorçu PKK/YPG qruplaşmasının regiondan çıxarılmasına dair Rusiya tərəfi ilə həmfikir olduqlarını söyləyib. Nazir bölgədə sülh və əmin-amanlığı bərqərar etmək üçün Rusiya ilə əlaqəli şəkildə fəaliyyət göstərdiklərini, bununla bağlı birgə patrul xidməti ilə yanaşı, birgə müşahidə məntəqələrinin də yaradılmasına dair danışıqlar apardıqlarını və yaxın günlərdə bu məsələnin aydınlaşacağını vurğulayıb.

 

Gununsesi.org