Suriyadan Türkiyəyə gözlənilən təhdidlər aradan qalxanadək türk ordusu İdlibdə olacaq

  • Müəllif: admin
  • 10 Oktyabr 2017 14:40

images

Suriyadan Türkiyəyə gözlənilən təhdidlər aradan qalxanadək türk ordusu İdlibdə olacaq.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canıklı türk ordusunun İdlibə girməsini şərh edərkən deyib.

“Cnntürk”ün verdiyi xəbərə görə, N.Canıklı bildirib ki, türk ordusu İdlibdə Azad Suriya ordusuna dəstək verir və onunla birlikdə hərəkət edir: “Azad Suriya Ordusu özləri öz torpaqlarını müdafiə edirlər. Biz də onlara dəstək veririk”.

Nazir onu da əlavə edib ki, Türkiyənin məqsədi orada sabitiyi bərpa etməkdir: “Suriyadan Türkiyəyə yönəlik təhdidlər tamamən aradan qaxmayanadək biz orada olacağıq”.

Gununsesi.info