Sürücü azyaşlı övladı üçün xüsusi kəmərdən istifadə edib - LAKİN YENƏ DƏ YOL POLİSİ TƏRƏFİNDƏN CƏRİMƏLƏNİB - VİDEO

  • By admin
  • 23 Mart 2017 21:29

surucu usaq kemeri

Sürücü qabaq oturacaqda əyləşmiş az yaşlı övladı üçün xüsusi kəmərdən istifadə etsə də yol polisi tərəfindən cərimələnib. Üstəlik həmin məhsulun kustar üsulla hazırlanmadığına dair setifikatı da var. Şəkidə yaşayan sürücü cərimənin ləğv edilməsini istəyir.

Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, azyaşlı övladını xüsusi kəmərlə təchiz edilmiş qabaq oturacaqda əyləşdirən sürücü cərimələnib. Şəki sakini olan sürücü Nürəddin Məmmədov bundan narazıdır. O bildirir ki, qanunvericiliyə görə, 12 yaşınadək uşaqlar yalnız xüsusi vasitələrlə təchiz edilmiş qabaq oturacaqlarda otuzdura bilər ki, onun 7 yaşlı övladı da məhz qaydalara uyğun şəkildə daşınıb.

Hadisə bir neçə gün bundan qabaq İsmayıllı-Şəki avtomobil yolunda baş verib.

Görüntüləri izləyən Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, hər bir halda sürücünün istifadə etdiyi həmin vasitəyə və sertifikata yenidən baxış keçirilməlidir. Əgər o vasitə təhlükəsizlik tələblərinə cavab verirsə və uyğunluq sertifikatı varsa, bu zaman həmin protokol ləğv edilə, onu tərtib edən polis əməkdaşı da intizam məsuliyyətinə cəlb edilə bilər.

Gununsesi.info