Sürücü maşını piyada keçidində insanların üstünə sürdü  - 6 yaralı

  • By admin
  • 12 İyun 2018 10:01

Sürücü maşını piyada keçidində insanların üstünə sürdü

Yaponiyanın paytaxtı Tokioda sürücü avtomobili piyada keçidindəki insan kütləsinin üstünə sürüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən 52 yaşlı sürücünü tutublar. O, polisə ifadəsində qaz və əyləcin yerini səhv saldığını, nəticədə qəza baş verdiyini deyib.