Sürücü maşını piyadaların üstünə sürdü

  • By admin
  • 07 Oktyabr 2017 19:30

qeza_0235

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Londonda sürücü avtomobili yoldan çıxararaq qəsdən piyadaların üzərinə sürüb. İnsident nəticəsində bir neçə nəfər xəsarət alıb.  

Hadisə Londonun Cənubi Kensinqton rayonunda, Viktoriya və Albert Muzeyinin qarşısında baş verib.

Sürücü saxlanılıb, hadisə ilə əlaqədar araşdırma aparılır.

Gununsesi.info