
Seul Universitetinin mütəxəssislərinin hazırladıqları sürücüsüz avtomobil gələn ay şəhər yollarında sınaqdan keçiriləcək.
Gununsesi.info-nun AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Koreya Respublikasının Milli Coğrafi İnformasiya İnstitutu avtomobilin sınağı üçün xüsusi xəritə hazırlayıb.
Universitetin professoru Seo Seunq-Vunun rəhbərliyi altında hazırlanan “SNUBer” adlı avtomobil artıq iki ildir universitetin şəhərciyində uğurla istifadə olunur.
Avtomobilin indiyədək şəhər yollarına buraxılmamasının səbəbi isə qaydaların qoyduğu qadağalar idi. Artıq bu qadağaların aradan qaldırılıb.
Gununsesi.info












