“Survivor”da iştirakı üçün heç kimə müraciət etməmişik” -Acun

  • Müəllif: admin
  • 01 Sentyabr 2017 20:08

acun_survivor
Türkiyəli iş adamı Acun İlıcalı hər mövsümdə reytinqləri alt-üst edən“Survivor” yarışması ilə bağlı açıqlama edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Survivor” 2018-də iştirakı üçün hələ ki heç kimə müraciət etməmişik. Bu məsələ ilə bağlı yalan xəbərlər yayımlanmasın. Oktyabrda sürpriz layihə ilə efirdə olacağıq” deyən Acun əsassız xəbərlərin yayılmasından narahat olduğunu vurğulayıb.
Gununsesi.info