“Şuşamızın işğalı hər birimiz üçün böyük itki və ağrıdır…” - DEPUTAT

  • By admin
  • 08 May 2017 09:16

susa

“Bu gün Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.

“Şuşada Azərbaycan bayrağının dalğalanacağı gün uzaq deyil.

Ermənistan işğalının ağır cəzasını mütləq çəkəcək…”-deyə, o, sonra yazıb.

Millət vəkili Eldəniz Səlimov da Şuşanın ermənilər və onların havadarları tərəfindən 25 il öncə işğal edildiyini xatırladaraq, bunun Azərbaycan xalqı üçün çox böyük itki və kədərli tarix-hadisə olduğunu vurğulayıb.

“Azərbaycanımızın, Qarabağımızın dilbər güşəsi, göz bəbəyi, dünyanın musiqi konservatoriyası sayılan Şuşamızın işğalından 25 il keçir…Bu, hər birimiz, Vətənini, Torpağını sevən, onu canından əziz tutan hər bir Azərbaycan vətəndaşı üçün böyük ağrı, böyük kədər və böyük itkidir…Çox təəssüflər olsun ki, 25 il öncə olduğu kimi, hələ də dünya bu faciəyə, bu işğala soyuqqanlı yanaşmaqda davam edir, ermənilərin və Ermənistanın təcavüzkarlıq, işğalçılıq siyasətindən əl çəkməsi, Şuşamız da daxil olmaqla, işğal olunmuş digər yurd yerlərimizdən öz işğalçı qoşunlarını geri çəkməsi üçün heç bir təsirli addımlar atmır…

Ancaq bu da sonsuzadək  davam edə bilməz və etməyəcək…Azərbaycan xalqı, Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı yaxın zamanlarda azad edəcək, Lələtəpədə, Ağdərədə olduğu kimi, Şuşamızda, Laçınımızda və digər yurd yerlərimizdə də üçrəngli bayrağımızı əbədiyyən dalğalanıracaq. Buna da hər kəs-ilk növbədə işğalçı Ermənistan və ermənilər, onları bəsləyənlər tam əmin olsunlar”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info