Şuşaya gəlmiş türk sərkərdələri – Nuru paşa və Ərdoğan

  • By admin
  • 19 İyun 2021 17:56

Son bir əsrdə Şuşaya qonaq gələn iki böyük Türk sərkərdəsi olub . Nuru paşa və Ərdoğan..
Nuru paşa Şuşaya ermənilərin təmizlənməsindən sonra daxil olur. Gövhər ağa məscidində namaz qılır və şəhəri gəzintiyə çıxır. Buranın təbiətinə Valeh olan Nuru Paşa burada hərbi keçid də təşkil edir. Ermənilərin və şuşalılıların gözü qarşısında keçirilən hərbi parad Azərbaycanlılara sevinc, ermənilərə isə dərd gətirdi.
Şuşalılar da Bakının azad olunması zamanı Nuru Paşanın şərəfinə oxunan “Küçələrə su səpmişəm” mahnısı ifa edirdilər.

Küçələrə su səpmişəm,

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.

Nuru Paşanın qarşılayan hər kəs bu mahnı sözlərini ucadan oxuyur və ölkəmizi xilas etməyə gələn türk ordusunu alqışlayırdılar.

Bir əsr sonra isə Türkiyənin ikinci böyük şəxsiyyəti Ərdoğan Şuşaya daxil oldu..

Orda da hərbi keçid olacaq…

Orda da küçələrə su səpiləcək və bizim hamımızın gözlədiyi bayatını deyəcək

“Arazı ayırdılar,

Qum ilən doyurdular,

Mən səndən ayrılmazdım,

Zülmünən ayırdılar”

Bəli Arazı ayırırlar…
Qarabağdan Zəngəzura, ordan da Xudafərin körpüsünü keçib Təbrizə getmək çox rahatdır.
Çox rahat…
Xoş gəldin Ərdoğan…

Gununsesi.info