Şvarsneqqer boşanır

  • Müəllif: admin
  • 19 İyul 2016 15:42

svac

 

Hollivud ulduzu Arnold Şvarsneqqer və jurnalist Mariya Şrayver nəhayət ki, ayrıldıqlarını elan ediblər.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, onlar 5 il əvvəl ayrılsalar da, bunu rəsmiləşdirməyə tələsmirlər. Hər iki məşhur hətta başqa insanlarla sevgi münasibətləri də yaşayır.

Qeyd edək ki, Arnoldla Şrayverin nikah müqaviləsi də yoxdur. Bu da onların 400 milyon dollarlıq varidatlarını bölmələrinə mane olmayıb. Cütlük uşaqlarının himayədarlığı üstündə də heç vaxt mübahisə etməyiblər. Onların boşanmasına mane olan səbəb kimi Şrayverin dini inancları göstərilir.

Gununsesi.info