Şvıdkoy: “Rusiya və Suriya Palmiranın bərpası ilə bağlı sənəd imzalayacaqlar”

  • By admin
  • 20 İyun 2016 16:32

Palmira

 

Rusiya və Suriya qədim Palmira şəhərinin bərpası ilə bağlı sənəd hazırlayırlar və bu sənəd yaxın vaxtlarda imzalanacaq.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.O bildirib ki, Rusiya Palmiranın bərpasında iştirak etmək üçün ilk növbədəSuriya ilə müqavilə imzalamalıdır: “İndi biz bu sənədi hazırlayırıq. Beynəlxalq təşkilatların nə deməsindən asılı olmayaraq, Suriya tərəfindən rəsmi dəvət olmadan heç bir mütəxəssis ora gedə və qanunla işləyə bilməz. Bizim mütəxəssislərimiz Palmirada olub və onun modelləri “Ermitaj”da sərgilənir. Biz bilirik ki, bu obyektin qorunması və bərpası üçün çox sayda mütəxəssisə ehtiyac var”.

 

Mixail Şvıdkoy Rusiyanın Palmiranın bərpasına sərf edə biləcəyi maliyyə barədə danışmağın hələ tez olduğunu söyləyib: “Əvvəlcə bərpa işlərinin həcmini qiymətləndirmək lazımdır. Dövlətlərarası sənəd imzalandıqdan sonra bu iş sürətlə gedəcək”.

 

M. Şvıdkoy Plamiranın bərpasında digər ölkələrin də aktiv iştirakının gözlənildiyini bildirib.  (APA, TASS)