Azərbaycan hökumətinin qərarıyla Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası TƏBİB- dən (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi) alınaraq, yenidən Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib.
Bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu barədə qərar iki gün əvvəl verilib.
Bununla belə bu qərarın səbəbi açıqlanmayıb.
Gununsesi.org