ÜST COVID-19-dan yazan jurnalistlərə təlim keçirəcək – Avropa İttifaqının layihəsi

  • By admin
  • 16 Dekabr 2020 13:32

Media nümayəndələri üçün təlim: Düzgün məlumatlandırmanın COVID-19-a qarşı mübarizədə rolu

Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin həyata keçirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində media nümayəndələri üçün təlim-vebinar keçiriləcəkdir.

Təlim düzgün məlumatlandırmanın ictimai səhiyyə və əhalinin sağlamlığı baxımından əhəmiyyəti, COVID-19 şəraitində etibarlı informasiya mənbələrinə çıxış, yalan informasiya və şaiyələrin doğru məlumatdan fərqləndirilməsi metodları, jurnalistlər üçün COVID-19-a dair gərəkli ilkin bilgilər kimi məsələləri əhatə ediləcəkdir.

Təlim ÜST-nin Avropa Ofisi və Azərbaycandakı Nümayəndəliyinin ekspertləri tərəfindən keçiriləcəkdir. Təlimdə ingilis-azərbaycan dillərinə sinxron tərcümə təmin ediləcəkdir.
Tarix: 18 dekabr
Vaxt: 15:00-16:15
Qeydiyyat üçün link: https:https://who.zoom.us/…/tJAvfu2orj8uHNejK-G-3w8Ib8qCIbl5j21K

 

Gununsesi.info