TƏBİB: “Karantin rejimindən yorulmuşuq”

  • By admin
  • 08 Avqust 2020 11:32

“Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma bu günə kimi gördüyümüz təcrübə onu  göstərir ki, yaxın insanların bir yerə toplaşması nəticəsində ailəliklə koronavirusa yoluxurlar”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, qaydalara riayət etməsək, yoluxmalar artacaq:

“Yoluxmaların artmasından daha çox həkimlər və tibb işçiləri yorulublar. Ümid edirik ki, qarşıdan gələn vaxtlarda daha pozitiv xəbərlər verəcəyik”.

Gununsesi.info