Təbriz-Bakı-Tehran reysi ilk uçuşunu həyata keçirdi

  • By admin
  • 16 İyun 2016 16:33

iran

 

İyunun 16-da İranın “ATA Airlines” şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirildi. Gununsesi.info xəbər verir ki, reyslərin həyata keçirilməsi barədə jurnalistlərə məlumat verən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib ki, reyslər həftədə iki dəfə ;- həftənin 1-ci və 4-cü günləri həyata keçiriləcək. “Aviabiletin ikitərəfli qiyməti isə 180 manat civarında olacaq. Birtərəfli uçuş isə 90 manat olacaq. Mövsümndən aslı olaraq biletin qiymətində müəyyən dəyişiklik ola bilər”, – deyə səfir vurğuladı. Səfir gələcəkdə bu reyslərin saynın artmasını da istisna etmədi: “Bu sərnişlərin tələbatndan asılı olacaq”. Səfir bildirib ki, bu reys üzrə uçuşları Airbus 320 təyyarələri həyata keçirəcək. “Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb Tehrana uçacaq”, – deyə səfir bildirib. Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək. Səfir onuda əlavə edib ki,bu iki ölkə arasında turizim və iqtisadi əlaqələrin inkişafına öz töhvəsini verəcək və iranlı turistlərin Azərbaycana axınını artıra bilər.Çünki bu yaxınlarda Azərbaycan İran vətəndaşlarına qarşı viza rejimini ya tamamiləaradan qaldıracaq, yaxud da hava limanlarında və sərhəd keçid məntəqələrində sadələşdirilmiş formada həyata keçiriləcək. Bu reyslərin açılması turistlərin sayının çoxalmasında önəmli rolu olacaq. Səfir onuda əlavə edib ki,bu ilin sonunadək Bakı-Məşhəd aviareysinin açılışıistisna edilmir. Artıq Bakı-Məşhəd aviareysinin fəaliyyət göstərməsi üçün lisenziya verilib və reysin açılması üçün hazırlıq işləri görülür.

 

Mürtəza Bunyadlı