Təbrizdə güclü partlayış olub, ölənlər və yaralananlar var - VİDEO/FOTOLAR -YENİLƏNDİ

  • By admin
  • 12 Mart 2023 14:28

Təbrizdə baş verən partlayışda ölənlərin sayı artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bitişik binadan bir qadın və daha bir kişinin meyitlərinin tapılması ilə ölənlərin sayı 7 nəfərə çatıb.

Əməliyyat-axtarış tədbirləri hələ də davam edir.

10:13

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Gununsesi.info