Təcavüz olunan müğənni 250 milyon izləyicisi ilə vidalaşmadan ayrıldı

  • By admin
  • 19 Avqust 2017 20:21

130665_vj6t8w9f69
Amerikalı müğənni Teylor Svift bütün sosial şəbəkə hesablarını dondurub.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, 250 milyondan çox izləyicisi ilə vidalaşmayan ifaçı Facebook, Tvitter, İnstaqram hesablarını səssiz-sədasız dondurub. Bunu Teylorun depressiyada olması ilə əlaqələndirirlər.

Belə ki, bir müddət əvvəl Svift müğənni David Müller tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirmiş və məhkəməyə müraciət edərək təzminat davasını qazanmışdı. Baş verənlərin Teyloru stressə saldığı deyilir.

Gununsesi.info