Təcili: Bəxtiyar Hacıyevə nə olub? -MÜALİCƏ MÜƏSSİSƏSİNƏ BURAXILAN VƏKİL GERİ QAYTARILDI

“Bəxtiyar Hacıyevlə görüşmək üçün səhər Penitensiar Xidmətin müalicə müəssəsinə getdim, test nəticəsi və sənədlərim yoxlanandan sonra içəri buraxıldım, orada da çantama (qanunsuz) baxış keçirildi və görüş otağına yola salınan anda birdən rəisdən zəng gəldi ki, buraxmayın”.

Gununsesi.info bildirir ki, bunu vəkil Şəhla Hümbətova deyib.
Vəkil deyib ki, onu Müalicə Müəssisəsinin qarşısında 1 saat gözlədətdikdən sonra içəri buraxmayıblar:

“Qeyri-iş günüdür” bəhanəsi ilə, Bəxtiyar Hacıyevlə görüşə icazə verilmədi.

Bildirdim ki, keçən şənbə vəkillər Bəxtiyarla görüşüb, bundan əlavə, həmin vaxt başqa vəkillərin də müəssisəyə daxil olmasının şahidi olublar, buna cavab olaraq rəis dedi ki, “bilməyib buraxıblar”. Bəxtiyar 16 fevral, saat 13:00-dan sudan imtina edib, dünən artıq vəziyyəti pis imiş, bugün necə olması və içəridə nə baş verməsi barədə heç bir məlumat yoxdur”.

Vəkilin Müəssisəyə buraxılmaması Hacıyevin səhhəti ilə bağlı narahatçılığı artırıb.

Gununsesi.info olaraq, Penitensiar Xidmətdən informasiya almağa çalışacağıq.

Mətləb
Gununsesi.info