“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən azad olundu

  • By admin
  • 17 Oktyabr 2016 18:22

musviq

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Gununsesi.info universitetin rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Təfəkkür” Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə Universitetin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O, bildirib ki, səhhətimlə əlaqədar olaraq işdən azad olunmağım barədə universitetin təsisçisinə müraciət etmişəm, o da xahişimi nəzərə alıb. Buna görə təsisçiyə minnətdarlığımı bildirirəm. M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Prezident İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirib. O, kollektivə müraciət edərək universitetin yaranmasında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.

Mail

Gununsesi.info