Tələbələr soyuqdan şikayətçidir

Bakı Dövlət Universtetinin bir qrup tələbəsi təhsil aldıqları otaqda istiliyin olmamasından şikayətçidir.

Fizika fakültəsində oxuyan I kurs tələbələrinin valideynləri övladlarının soyuqdan əziyyət çəkdiyini bildirir.

Ətraflı Gununsesi.info-ya müraciət edən bir neçə valideyn bildirib ki, universitetdə qətiyyən istilik sistemi yoxdur:

“Tələbələr müəllimə və qrupun dekanına “siniflər çox soyuqdur” deyəndə müəllimlər məsləhət görür ki, “şokalad yeyin, üşüməzsiniz”. Bundan başqa, qrupda təhsil alan tələbələrdən 6-sı hazırda qızılcaya tutulub”.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə sorğu ünvanladıq.

Universitetdən müraciətimizə cavab olaraq bildirildi ki, tələbələrin qızılcaya tutulması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

BDU-dan verilən açıqlamaya görə, universitetin bütün korpuslarında istilik var.

 

Gununsesi.info