Təlim kursları keçirilir - FOTO

  • Müəllif: admin
  • 24 İyun 2017 13:37

unnamed (2)

“Qeyri-ənənəvi rəsmçəkmə texnikaları” mövzusunda təlim kursları keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, kurslar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən təşkil olunub.

Təlim kursları ümumi təhsil məktəblərinin müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər, həmçinin, tələbə və gələcəkdə pedaqoq olmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Təlim kurslarının keçirilməsində əsas məqsəd qeyri-ənənəvi üsullarla rəsmlərin çəkilməsinə marağı artırmaq, təhsil müəssisələrində bu işi geniş yaymaqdan ibarətdir.

Təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması istiqamətində də işlər aparılır.
Sonda yekun qiymətləndirmədə iştirak edən müəllim və tərbiyəçilərə dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.

Anar
Gununsesi.info