Təmizlik İdarəsinin işçisi iş başında öldü

  • Müəllif: admin
  • 06 Avqust 2017 12:30

tecili-yardim-1
Göygöldə ölüm hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Göygöl rayon Təmizlik İdarəsinin işçisi, 1964-cü il təvəllüdlü Tağıyev Nurəddin Novruz olu səhər saatlarında ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N. Tağıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə N. Tağıyev məişət tullantıları yığan zaman ehtiyatsızlıq nəticəsində dərəyə yıxılaraq ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info