Tərcümeyi-halı yanlış olan təhsil naziri beş gündən sonra istefa verdi

  • Müəllif: admin
  • 02 İyul 2020 09:25

Braziliyada ötən həftə təhsil naziri vəzifəsinə təyin olunan Karlos Alberto Dekotelli iş başında olduğu beçinci gün istefa verib.

Gununsesi.org bildirir ki, bu barədə “Hürriyet” yazıb.

Təhsil nazirinin istefasına tərcümeyi-halında göstərilən məlumatların yanlışlığı səbəb olub.

Belə ki, K.Dekotellinin tərcümeyi-halında Argentina və Almaniyada doktorluq dərəcəsi müdafiə etdiyi göstərilsə də, əslində belə olmadığı üzə çıxıb.

Gununsesi.org