Tərtərdə ağır yol qəzası baş verdi

  • By admin
  • 12 Oktyabr 2016 22:40

yol-qeazasi

Tərtər rayonunda yol qəzası baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Mercedes” markalı yük avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 19:25-də başa çatıb.

Gununsesi.info