Təşkilat sədrinin paylaşdığı foto hər kəsi dəhşətə saldı - ÇİYƏLƏK YEMƏYDƏN İMTİNA EDƏCƏKSİNİZ

  • By admin
  • 18 May 2020 14:30
Eyyub Hüseynov: “AQTA qidaların təhlükəsizliyinə nəzarət edir, qidaların keyfiyyətinə nəzarət edən qurum isə faktiki olaraq yoxdur”
Çiyələk mövsümü yaxınlaşır. Fəqət sosial şəbəkələrdə yayılan müəyyən görüntülərdən sonra bəzi insanlar artıq çiyələk yeməməyə söz veriblər.
Belə ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov regionlarda çiyələk yetişdirilən bir tarladan foto yayıb.
Görüntüdən aydın olur ki, yetişdirilən məhsullara kimyəvi dərmanlar vurulur.
Gununsesi.org xəbər verir ki, sherg.az məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün E.Hüseynovun özü ilə əlaqə saxlayıb. O açıqlamasında bunun kapitalizmin tələbi olduğunu dedi:
“Bəli, o fotonu mən çəkib, paylaşmışam. Təəssüflə deməliyəm ki, bu, reallıqdır. AQTA qidaların təhlükəsizliyinə nəzarət edir, qidaların keyfiyyətinə nəzarət edən qurum isə faktiki olaraq yoxdur. Əlbəttə, yetişdirilən qidalarda kimyəvi məhsullardan istifadə etmək orqanizm üçün ziyanlıdır.
Amma bazar iqtisadiyyatında başqa cür mübarizə aparmaq mümkün deyil. Əgər alıcının diqqətini çəkmək istəyirsənsə, bu vasitədən istifadə etməlisən”.
Gununsesi.org