
Rusiyanın ikinci böyük hava limanı olan “Şeremetyevo”da erməni vətəndaşı ölüb.
“Gununsesi.org” xebe verir ki, Ermənistan səfirliyi aeroportun uçuş-enmə zolağında həlak olan şəxsin 25 yaşlı Albert Yepremyan olduğunu açıqlayıb. Bildirilir ki, Yepremyan ölkəsinə qayıdan zaman dünyasını dəyişib. Məlumata görə, havaya qalxan “Boeing 737”nin təkərləri gənc oğlana ölümcül xəsarətlər yetirib. Hadisə yerindən onun cəsədinin parçaları, şəxsi əşyaları və təyyarəyə minmə talonu tapılıb.
Aysel Kərimova












