Təyyarədə uşaq dünyaya gətirdi

  • By admin
  • 17 Sentyabr 2016 19:40

publika-az1474116503teyya

 

Suriyalı hamilə qadın təyyarənin enməsinə 45 dəqiqə qalmış uşaq dünyaya gətirib

Gununsesi.info xəbər verir ki, hadisə İstanbuldan İsveçin paytaxtı Stokholma gedən təyyarədə baş verib.

Təyyarə Ukrayna üzərində uçarkən qadının sancıları başlayıb. Əvvəlcə təyyarənin məcburi eniş etməsi planlaşdırılsa da, sərnişinlərin köməyi ilə qadın uşağını dünyaya gətirib. Qadının yanında 3 uşağından başqa heç kimi olmayıb.

Əvvəldən verilən məlumat əsasında təyyarə eniş edərkən hava limanında təcili yardım maşını hazır olub. Ana və oğlu xəstəxanaya çatdırılıb. İkisinin də vəziyyətinin yaxşı olduğu bildirilib.

 

 

Gununsesi.info