Təyyarənin qapısı qoparaq evin həyətinə düşdü

  • By admin
  • 31 Oktyabr 2017 21:30

Hindistanın Sekunderabad şəhərində havada olan yüngül mühərrikli təyyarənin qapısı yaşayış evinin həyətinə düşüb.

Gununsesi.info xəbər verir ki, təyyarə 750 metr hündürlükdə məşğələ uçuşu həyata keçirirmiş.

Bildirilir ki, hadisə zamanı evdə heç kim olmayıb, bu səbəbdən xəsarət alan olmayıb.

Pilot hadisədən sonra təyyarəni uğurla yerə endirə bilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info