Tacikistan prezidenti uydurma erməni soyqırımı abidəsi önündə baş əydi - VİDEO

  • Müəllif: admin
  • 14 İyun 2017 16:50
imameli rehman
İrəvana səfər edən Tacikistan prezidenti İmoməli Rəhmon uydurma erməni soyqrımı kompleksi önünə əklil qoyub və hələ baş da əyib. 
Gununsesi. info erməni mediasına istinadən xəbər verir ki, iyunun 14-də İrəvana səfər edən İmoməli Rəhmon bu azmış kimi uydurma erməni soyqırımına məruz qalan ermənilərin xatirəsinə bir yolka da əkib.
İrəvana səfər edən Tacikstan prezidenti dostu Serj Sərkisyanla və digər şəxslərlə görüşəcək. Görüşün yekunu olaraq bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. 

P.S Bax, buna deyərlər İslam həmrəyliyi və dostluq. Hansı ki, tacik prezidenti hər zaman Azərbaycanın ən yaxın dostu olduğunu bəyan edib. Ancaq biz onun şahidi olmadıq. Biz onun İrəvana səfərinə etiraz etmirik, ancaq olmayan bir hadisəyə görə baş əyib təzim etməyi heç cür qəbul etmək olmur. Hələ bir onların xatirəsinə ağac da əkəsən. Görəsən, İmoməli Rəhmonda bu erməni sevgisi hardandı? 

Gununsesi.info