Tacikistanda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

  • By admin
  • 11 Oktyabr 2017 22:26

c2137755-46f9-4f31-bb6f-72ce599d1f3a
Oktyabrın 12-də Tacikistanın paytaxtı Düşənbədə MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
“Report” MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, iclasda müdafiə və təhlükəsizlik sahəsinə dair çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müzakirələr aparılacaq.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan və Özbəkistan nümayəndə heyətləri, birliyin hərbi-diplomatik korpusunun, MDB İcraiyyə Komitəsi və üzv ölkələrin Müdafiə Nazirləri Şurasının nümayəndələri iştirak edəcək.

Gununsesi.info