Tacikistanda soyadların ruslaşdırılması qadağan edildi

  • By admin
  • 29 Aprel 2020 16:44

Bu gündən etibarən Tacikistanda soyad və ata adını yazarkən ruslaşmış “-ov/-ova” və “-viç /-ovna” şəkilçilərinin istifadəsi qadağandır. İstisna yalnız milli azlıqların nümayəndələri üçün edilib.

Gununsesi.org bildirir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, ölkə parlamentinin aprelin 28-də keçirilmiş iclasında qəbul edilmiş qətnaməyə əsasən, Tacikistanın vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qanununa müvafiq dəyişikliklər edilib.

Qanun müəllifləri bunun vətəndaşların özünüdərkini artırmaq və milli kimliyini qorumaq məqsədilə edildiyini bildirib.

Bundan sonra soyad sonluqlarına “-zoda” “-iyon”, “-purduxt” , “-i”, “-zod”, “-on”, “-yon” və sair milli sonluqlar artırılacaq.

O da vurğulanıb ki, yenilik hazırda soyadlarında “-ov/-ova” sonluğu ilə pasportu olanlara tətbiq edilmir.

Gununsesi.org