Bəstəkar Tahir Əkbər VƏFAT ETDİ

  • By admin
  • 02 Mart 2018 22:27

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə nəğməkar şair Zenfira Əlişqızı məlumat verib.

Xatırladaq ki, bir müddət əvvəl Z.Əlişqızı bəstəkarın vəziyyətinin ağır olması barədə danışmışdı. O bildirmişdi ki, artıq həkimlər də heç bir müdaxilə edə bilmirlər:

“İnsultdan sonra nitqi itmişdi. Bədəni soyuyur. İyirmi gün bundan öncə həkimlər bildirdilər ki, heç bir zəmanət vermirik. Bundan sonra neçə gün yaşayacağı Allahın əlindədir. Artıq Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri var”.

Qeyd edək ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, daha sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Gununsesi.info