Tahir Budaqov hələ də YAP-ı idarə edir

  • By Admin2
  • 18 Fevral 2026 14:36

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir baş tutub.

Gununsesi.info bu barədə eks-deputat Elnur Allahverdiyevə istinadən xəbər verir.

Belə ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvləri, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, YAP Yasamal rayon təşkilatının və Yasamal RİH-in əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu haqqında bəhs edilib.

Gununsesi.info