Tahir Kərimlidən maraqlı təklif: "MALİYYƏ AMNİSTİYASI ELAN EDİLSİN"

  • By admin
  • 22 Noyabr 2017 16:38

Milli Məclisdə maliyyə amnistiyasının elan edilməsi təklif olunub. 

Gununsesi.info xəbər verir ki, büdcə müzakirələrində çıxış edən Tahir Kərimli deyib ki, bu məsələni uzatmaq lazım deyil.

“Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcütsanda eks baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”, deyə deputat qeyd edib.

Millət vəkili tarif siyasətinə də toxunaraq vurğulayın ki, Tarif Şurasına ya nazirlər özləri daxil edilsin, ya da hökumət qiymət siyasətinə ciddi nəzarət etsin. 

Gununsesi.info