Taksi sürücüləri müştəri üstündə bir-birini bıçaqladı - PAYTAXTDA

  • Müəllif: admin
  • 19 May 2017 07:24

taksi

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info   xəbər verir ki, hadisə metropolitenin “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info