Taleh Bağırzadənin müavininə 6 il cəza verildi

  • By admin
  • 20 May 2022 16:34

“Müsəlman Birliyi” Hərəkatının fəalı Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib.

Gununsesi.info bildirir ki, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə təqsirli bilib .

Bundan öncə prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hümbətov özünü təqsirli bilməyib. Müdafiə tərəfi də hökmü qanunsuz hesab edib.

Vəkil Cavad Cavadov jurnalistlərə bildirib ki, Razi Hümbətova qarşı məhkəmə istintaqı zamanı səhih sübutlar təqdim olunmayıb.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

 

Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn “Müsəlman Birliyi” Hərəkatının ona yaxın tərəfdarını isə polis saxlayıb.

 

Gülnar

Gununsesi.info