Taliban ABŞ helikopterini vurdu: Hərbçilər diri-diri yandı

  • By admin
  • 09 Sentyabr 2017 20:34

helikopter
Taliban qüvvələri növbəti dəfə ABŞ-a məxsus hərbi helikopteri hədəf alıb.

Axar.az xəbər verir ki, Acristan əyalətində vurulan helikopter yanaraq Malistan mahalında yerə çırpılıb.

Helikopterdə olan hərbçilərin hamısının öldüyü bildirilib.

Talibana yaxınlığı ilə seçilən “Əl-İmarat” agentliyi olayla bağlı detallı bilgilərin daha sonra açıqlanacağı barədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün öncə daha bir ABŞ helikopteri Taliban tərəfindən partladılmışdı.

Gununsesi.info