Taliban Cəlilabadı da götürdü

  • By admin
  • 15 Avqust 2021 14:12

Taliban döyüşçüləri avqustun 15-i səhər tezdən müqavimətlə üzləşmədən Cəlalabad şəhərini ələ keçirib.
İndi Əfqanıstanın paytaxtı hökumətin nəzarətində olan son böyük şəhər bölgəsi olaraq qalır. Bir gün əvvəl silahlılar ölkənin digər böyük şəhərlərindən bir olan Məzari-Şərifi tutublar.

Bununla da paytaxt Kabulla şərqdən əlaqə kəsilib. Silahlılar internetdə Nanqarhar əyalətinin paytaxtı olan Cəllilabada olduqlarını göstərən görüntülər paylaşıblar.

Nangarhar əyalətindən olan millət vəkili Abrarullah Murad Associated Press -ə bildirib ki, üsyançılar Cəlalabadı ağsaqqallarla hökumətin süqutu barədə danışıqlar apardıqdan sonra ələ keçiriblər.

Taliban, ABŞ-ın rəhbərlik etdiyi qüvvələrin geri çəkilməsiylə paralel son bir həftə ərzində Əfqanıstanın böyük hissəsini ələ keçirib. Amerika Birləşmiş Ştatları və İngiltərə vətəndaşlarını və onlarla birgə işləyən əfqanları təxliyə etmək üçün Əfqanıstana əlavə əsgərlər göndəririr.

Gununsesi.info