Taliban Kabilin 50 kilometrliyində mövqe qurub

  • By admin
  • 13 Avqust 2021 15:54

Əfqanıstanda hərbi vəziyyət hər saat dəyişir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 34 vilayət mərkəzindən 17-ni ələ keçirən “Taliban” qruplaşması yeni əraziləri nəzarətə götürür.

Belə ki, qruplaşmanın paytaxt Kabilin 50 kilometrliyində mövqe qurduğu deyilir.

Bundan əlavə, Kabilə gedən elektrik enerjisi və əsas magistral yolların da “Taliban”ın əlində olduğu bildirilir.