Taliban keçmiş hökumətin bütün məmurlarını ƏFV ETDİ

  • By admin
  • 17 Avqust 2021 11:36

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hərəkatı keçmiş hökumət məmurları üçün ümumi əfv elan etdiyini bildirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın verdiyi bəyanatda hökumət qurumlarında işlərin bərpa edilməsinin vacibliyi bildirilib.

“Hər kəs üçün ümumi əfv elan edilir, buna görə də tam əminliklə normal həyatınıza qayıtmalısınız”, – Talibanın bəyanatında deyilir.