
Əfqanıstan prezidenti Əşrəf Qani Ahmedzai ölkədə sülhün və sabitliyin bərqərar olması məqsədi ilə terrorçu Taliban hərəkatını siyasi bir təşkilat kimi tanınmasını bəyan edib.
Gununsesi.info xəbər verir ki, Əfqanıstan prezidentinin sözlərinə görə, ölkədə sabitliyi bərpa etmək üçün Talibanın bir siyasi təşkilat kimi tanınmasını və onunla danışıqların aparılmasını təklif edib. Bu məqsədlə konstitusiyaya da yenidən baxmağı istisna etməyib. O hesab edir ki, bu yolla Talibanla atəşkəs rejiminə nail olmaq olar. Prezident danışıqların reallaşacağı və atəşkəs rejiminin bərpa olunacağı təqdirdə həbs olunan Taliban üzvlərinin azad olunacağını istisna etməyib
Əfqanıstan prezidenti onu da bildirib ki, Taliban danışıqlar masasına əyləşdiyi zaman təşkilat üzvlərinə pasport və viza verilməsini, Kabildə ofis aça biləcəklərini, Taliban liderlərinə qarşı qadağaların aradan qaldırılmasını da dilə gətirib.
Qeyd edək ki, Taliban da ABŞ-a müraciət edərək Əfqanıstandakı problemin güc yolu ilə deyil danışıqlar yolu ilə həll olunması barədə müraciət edib.
Gununsesi.info










