“Taliban”dan daha bir QADAĞA:  24 saatdan gec olmayaraq...

  • By admin
  • 09 Sentyabr 2021 09:41

“Taliban” Əfqanıstanda icazəsiz nümayişləri, xüsusən də etiraz aksiyalarını qadağan edib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, yeni hökumətin Daxili İşlər Nazirliyinin müvafiq əmri teleqram kanallarından birində dərc edilib.

“Son günlərdə Kabildə və digər əyalətlərdə mülki əhalinin təhlükəsizliyi və əmin-amanlığını pozan kütləvi nümayişlər baş verib. Bütün bu cür hərəkətlər qanuni olmalı və Ədliyyə Nazirliyi, eləcədə digər müvafiq qurumlarla əlaqələndirilməlidir. İstənilən nümayişin və aksiyanın məqsədi, şüarlar və digər detallar 24 saatdan gec olmayaraq müvafiq güc strukturlarına bildirilməlidir “, – məlumatda deyilir.

Qeyd edilir ki, bu qaydaları pozanlar ciddi şəkildə cəzalandırılacaqlar.

Gununsesi.info