Tanıdığımız və tanımadığımız Ququş - VƏ ONUN  “ERMƏNİ SEVGİSİNİN” SİRRİ - FOTOLAR

  • By admin
  • 14 Avqust 2017 17:36

ququs._2017020238

Ququşun İrəvanda konsert verməsi xəbəri artıq çoxsaylı azərbaycanlıları pəjmürdə edib. Necə olur ki, əslən Bakıdan olan Azərbaycan türkü İrəvanda konsert versin?..

Gununsesi.info-nun məlumatına görə, bu xəbər 2011-ci ildə olduğu kimi bu dəfə də ciddi ajiotaja səbə olub. 2011-ci ildə bu səfər baş tutmadı. Bəs görəsən bu dəfə rellaşacaqmı? Yoxsa bu da bir “utkadır”?!

Seyid Cəfər Pişəvəri ordusunun polkovniki, gəncəli Qulu Sübhinin nəvəsi – Ququş

Milliyyətcə Azərbaycan türkü olub və əsl adı Faidə Atəşin olan Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. O, 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri İrana Bakıdan köçür.

Yaradıcılığı

Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.

Qısa zamanda məhşurlaşır və şah ailəsinin ən sevimlisinə çevrilir. 1960 və 70-ci illərdə İranın ən tanınmış və sevilən müğənnilərindən biri olur. O İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır.

Ququş 7 yaşından filmlərə çəkilir

Ququş İranda 30-dan artıq filmə çəkilir. Bu filmlər Ququşu daha da məşhurlaşdırır. O “Qorxu və ümid” (1960), “Fərari mələk” (1960),”Qorxu qayası” (1963), “Şeytan bala” (1965), “Tehran dilənçiləri” (1966), “Fil və fincan” (1966), “Kürd Hüseyn” (1966), “Dörd bacı” (1967), “Təqdir darvazası” (1967), “Ləl və əziyyət” (1967), “Cinayətkarların axtarışında” (1967), “Üç dəli” (‌1968),”Mələklərin gecəsi” (1968), “Göyün yeddi ulduzu” (1968), “Gözəllik günahı” (1969), “Sübh” (1970), “Toy cəncəli” (1970) , “Pəncərə” (1970), “İsti hiss” (1971), “Ulduzsuz göy” (1971),”Qisas” (1971) “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979) filmlərinə çəkilir. “Uzun gecə” filmi onu daha da məhşurlaşdırır.

Azərbaycana gəlməyə tərəddüd edən Ququş…

Səbəb ansamblındakı musiqiçilərin əksəriyyətinin erməni millətindən olmasıdır.

1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi “Retour de la ville” və “J’entends crier je t’aime” mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun oxuduğu “Ayrılıq” (mus. Əli Səlimi, söz. Rəcəb İbrahimi) mahnısının ifasına görə daha çox tanınır .

Ququş fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərinə mahnılar oxusa da, o, repertuarında Azərbaycan dilində mahnılara az yer verib.

Onların arasında Şəhriyarın sözlərinə Əli Səliminin yazdığı və ilk dəfə Rəşid Behbudovun oxuduğu “Ayrılıq” mahnısını xüsusilə qeyd etmək olar. Ququşun ifasında bu mahnı daha ecazkar səslənir. Müğənni hazırkı konsertlərində də bu mahnını sevə-sevə ifa edir, amma gənclik dövründən fərqli olaraq, göz yaşları ilə… Əslən azərbaycanlı olan Ququş ölkəmizdə də hədsiz dərəcədə sevilir. Lakin hələ ki, o, Azərbaycana gəlməkdə tərəddüd edir. Çünki məlumata görə, onun ansamblındakı musiqiçilərin əksəriyyəti ermənidir.

Azərbaycana səfər etməməsinin digər səbəbi kimi, guya Ququşun sevgilisinin erməni olması göstərilir.

Ququşun erməni sevgilisi

Ququş hələ 2011-ci ildə İrəvana qastrol planlayır. Ancaq bu qastrol baş tutmur. Ququşun İrəvana palanlaşdırdığı bu səfər Azərbaycanda ciddi etiraza səbəb olur və qınaq obyektinə çevrilir. Bu səbəbdən Azərbaycana gəlməkdən imtina edib.

O zaman medianın yazdığına görə, ifaçının Azərbaycana qastrol səfərinin təşkilatçılığı ilə məşğul olan İran vətəndaşı, təbrizli Salman Pişnamaz bildirib ki, Ququşla 2 ildir bu haqda danışıqlar aparsa da, müğənni hər dəfə vaxtı uzadırmış: “Bunun səbəbini sonradan bildim. Sən demə, Ququşun sevgilisi ermənidir. O, müğənnini özünün gedə bilmədiyi heç bir səfərə buraxmır. İfaçının sevgilisi Ququşu özü olmadan heç yerə buraxmayacağını bildirdi. Üstəlik, cütlük birlikdə Ermənistana səfər etməyə qərar verib”.

Bu məlumatların ardınca Ququşun məşhur Azərbaycan mahnısı olan “Gedək üzü küləyə” mahnısını erməni dilində oxuması, daha sonra konserti zamanı azərbaycanlılarla bağlı lətifə danışması ölkəmizdə ciddi tənqidlərə, müzakirələrə yol açdı.

Sonuncu lətifə olayına görə sosial şəbəkədə tənqid atəşinə tutulan müğənni ittihamlara “Mən özüm azəriyəm” deyə cavab verib.

İranın moda rəmzi Ququş

Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Onun geyim tərzi İran qadınlarının istinad yeri olub.

Ailə həyatı

Ququş üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var.

Siyasi fəaliyyəti

Ququş 2009-cu ilin iyun ayında İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunması planlaşdırılan aclıq aksiyasına qatılacağını bildirib.

Ququş öz bəyanatında bildirib ki, o, aclıq aksiyasına İran xalqının etiraz səsini dünya ictimaiyyətinə çatdırmaq üçün qoşulur və ABŞ-da yaşayan bütün iranlıları bu aksiyaya dəstək verməyə çağırır: “Mən İranın azadlığını və inkişafını arzulayan bir iranlı kimi iyulun 22-də aksiyaya qatılacağam. Biz İrandakı bütün siyasi məhbusların, vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyik”.

Ququş 12 iyun seçkisinin rəsmi nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda onlarla adamın qətlə yetirilməsindən, minlərlə insanın həbsə atılmasından son dərəcə sarsıldığını vurğulayıb: “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

img2324414

A50D46AC-A71D-4D47-B836-A23C2A11D336_w1080_h608

Gununsesi.info