Tanınmış aparıcı “vuruldu” -"SPACE"də MƏZUNİYYƏT QALMAQALI

  • By admin
  • 09 İyun 2016 00:44

ekber

“Space” televiziyasının tanınmış aparıcılarından biri olan Əkbər Əlizadə adıçəkilən telekanaldakı işindən kənarlaşdırılıb. Bu barədə gununsesi.info-nu tanınmış aparıcıya yaxın mənbələr məlumatlandırıb. Xəbərdə bildirilir ki, telekanalın rəbəri Vaqif Mustafayevin onu işdən çıxarmasına səbəb aralarındakı mübahisə olub. Belə ki, Əkbər Əlizadə məzuniyyət hüququndan yararlanmaq istəsə də ancaq Vaqif Mustafayev buna icazə verməyib. Tərəflər arasındakı mübahisə nəticədə Əkbərin “vurulması” ilə bitib.

Xatırladaq ki, Əkbər Əlizadə telekanalda canlı yayımlanan “Hər Səhər” proqramının aparıcısı olub.

Gununsesi.info-nun araşdırmasında o da üzə çıxıb ki, “Space”də işçilər əməlli-başlı istismar edilir. Belə ki, telekanalda çalışanların əmək qanunverciliyi ilə nəzərdə tutulmuş məzuniyyət hüquqları tanınmır. Telekanalda elə əməkdaşlar var ki, hətta onların həftədə bir dəfə istirahət hüququ belə yoxdur.

Movzuya qayıdacağıq.

 

Türkel