Tanınmış azərbaycanlı bəstəkar evləndi

  • By admin
  • 03 Sentyabr 2016 11:50
evli
Tanınmış azərbaycanlı bəstəkar  evləndi.
Gununsesiinfo xəbər verir ki, tanınmış azərbaycanlı bəstəkar İlyas Mirzəyevin toy mərasimi sentyabrın 2-də  Novxanıdakı  Amore restoranında baş tutub. Onun  gələcək həyat yoldaşı icə əczaçı Leyla Orucavadır. Nəsillikcə bəstəkarlar nəslindən olan İlyas Mirzəyev, özü  Azərbaycanın xalq artisti Musa Mirzəyevin  oğludur.
Onun yaradıcılıq həyatı daha çox Türkiyə ilə bağlıdır. Çünki İlyas bəy 20 ildən artıq Türkiyədə yaşayıb.  Bundan əlavə olaraq İlyas bəy  mütəmadi olaraq xarici ölkələrə, Almaniya, İngiltərə səfər edir və həmən ölkələrdə müxtəlif xalqların musiqilərini oranjiman edir, musiqilər bəstələyir.
Tanınmış bəstəkarın toyunu Vaqif Gərayzadənin  rəhbərlik etdiyi “Aypara” qrupu aparıb. Gununsesi.info-nun kollektivi də İlyas bəyə xoşbəxtlik arzulayır.
Gununsesi.info