Tanınmış diaspor təşikilatı sədri vəzifəsindən istefa verdi

  • By admin
  • 04 İyun 2018 21:10

Tanınmış diaspor təşkilatı sədri vəzifəsindən istefa verdi

Dünya Azərbaycanlıları Konqresinin sabiq idarə heyətinin sədri, eyni zamanda İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri,Dr. Asif Kurbanla təşkilatdan getməsi ilə bağlı söhbətləşmişik. Gününsəsi.info Avropa.info -ya istinadən həmin müsahibəni təqdim edir:

– Asif bəy, siz diasporda aktiv təşkilat sədrlərindən sayılırsınız. Bu günlərdə DAK idarə heyətinin sədrliyindən çıxmağınızla bağlı açıqlama vermisiniz. Nədən getdiniz?

– 2016-ci ilin may ayında Belçikanın Brüssel şəhərində keçirilən qurultayda DAK-ın yeni idarə heyətinin etimadını qazanaraq, iki illik qurumun sədri seçildim. Ümumiyyətlə, sədrlik postu iki illik müddətinə seçilir. Prosedur qaydalarına görə vaxtım bitdiyi üçün sədrlik vəzifəsini təhvil verməliyəm. Yeni sədrin kim olacağını idarə heyəti müəyyən edir. Qurultaya qədər təşkilat komitəsi yaradılacaq. Təşkilat komitəsi müvəqqəti sədrlik işini qurultaya qədər davam etdirəcək. Həm də idarə heyəti üzvlüyündən istefa verirəm. Bununla da iş görmək istəyən insanlara yol açmışıq oluram. Mənə iki il ərzində etimad göstərib sədr seçən idarə heyətinin bütün üzvlərinə öz təşəkkürümü bildirirəm.

– İki il ərzindən hansı işləri görə bildiniz?

– Bu iki il içində Azərbaycan,Türk dünyasına adına əlimdən gəldiyi qədər işlər gördüm. Xüsusilə,beynəlxalq səviyyədə uğurlu tədbirlərə imza atdıq. Azərbaycanın beynəlxalq camiədə haqlı davası olan Qarabağımızın gerçək tarixini ortaya qoymaq üçün beynəlxalq tədbirlər,konqreslər təşkil etdik. Dünyanın fərqli yerlərində yaşayan soydaşlarımızın problemlərinin həllinə kömək,vətənimizin və millətimiz adına edə biləcəyimiz işlərin ən yüksək səviyyədə etməyə çalışdıq.